Modern.az

“O səs Türkiyə” yarışmasında daha bir azərbaycanlı uğur qazanıb - VİDEO

“O səs Türkiyə” yarışmasında daha bir azərbaycanlı uğur qazanıb - VİDEO

6 Yanvar 2015, 10:28

Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında daha bir azərbaycanlı uğurlu çıxış edərək növbəti mərhələyə keçib.
Modern.az saytı xəbər verir ki, müsabiqənin duel mərhələsində həmyerlimiz  Aygün İsmayılova
Ezgi Delal adlı iştirakçıyla yarışıb. Mazhar-Özkan münsiflər cütlüyünün komandasında yarışan gənc müğənnilər Uitni Hyustonun repertuarından "How will I know" mahnısını səsləndirib.
Münsiflər Mazhar və Özkan sonda həmyerlimizi seçərək, yarışmaya onunla davam etmək istədiklərini deyiblər.
Qeyd edək ki, Aygün İsmayılova Türkiyə vətəndaşı Haluk Mıyakla evlidir və qardaş ölkədə yaşayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI