Modern.az

Yeni il lətifələri-2

Yeni il lətifələri-2

6 Yanvar 2015, 10:43

“Yeni il lətifələri” silsiləsindən daha bir neçə lətifəni təqdim edirəm

Dost seçməyin bir yolu var: gərək yaxşı tanıyasan

-         Heç utanmırsan? Bizi biabır etmisən, gecənin yarısında bir dostunla yeyib-içib lülqəmbər olmusan, zavodumuzun adını dönə-dönə çəkmisən, o da sizə kömək etməyib. Abırdan düşmüşük. De görüm, Yeni il gecəsi harada olmusan?

-         Müdir, məh heç hara getməmişdim. Yeni ili ailəmlə qarşılamışam.

-         Kəs səsini! “Ailəmlə, uşaqlarımla qarşılamışam!”. Bu nə sözlərdir deyirsən ay Zəbiş, məni aldadırsan?

-         Mənim adım Zəbidir, müdir.

-         Lap Zəbiş olmur, Əziz Nesin demiş, Zübük olsun, fərqi yoxdur, bizi biabır eləmisən. Get izahatını yaz, səni bu gündən işdən qovuram.

-         Axı mənim günahım nədir?

-         Çünki yalan danışırsan, sən Yeni il axşamı Bilgəhdəki restoranlardan birində olmusan.

-         Bəli, olmuşam.

-         Bunu bayaqdan de də.

-         Gecədən xeyli keşmişdi, zəng elədilər ki, yaxın adamın restoranda şuluqluq salıb, polis çağırıblar. Tez durub getdim ora.

-         Dostun kim idi? Bizim zavodda işləyir?

-         Onu deyə bilməyəcəyəm.

-         Onda səni də, dostunu da işdən qovacağam. Adam o qədər içər?

-         Hələ üstəlik restoranın pulunu da sən ödəmisən, polisi də yola salmısan. Taksi tutub evinə aparmısan. Milyonçusan?

-         Başqa çarəm yox idi.

-         Zəbiş, məni hövsələdən çıxarma! De görüm, kimi xilas etməyə getmişdin, o dostun kim idi, bəlkə Zübük idi? Zübük bilirsən kimə deyirlər? Bütün insani keyfiyyətlərdən uzaq olan avaraya, bildin?

-         Adını deyə bilməyəcəyəm.

-         Tərslik eləmə, onsuz da bu gün həmin restorana gedib öyrənəcəyəm.

-         İndi ki israr edirsiniz ...

-         İsrar nədir, bir müdir kimi tələb edirəm! Sonuncu dəfə soruşuram: o əbləh, avara, içki düçkünü kim idi? O zübük kim idi, kim?!

-          Siz ...

“Anamla gəldim ki, Yeni il gecəsini şən keçirək”

Yeni il gecəsi tək qalmayım deyə fikrimi dəyişdim. Teleqram vurdum ki, qayıtsın evimizə gəlsin, amma tək, o aravuranla yox.

Ertəsi günü axşanmüstü qapının zəngi çalındı. Qapını açanda kimi görsəm yaxşıdır? Evdən acıq edib gedən arvadımı.  Çox sevindim ki, tək qayıdıb, aramızda dava salan anası gəlməyib. Elə təzəcə qucaqlamaq istəyirdim ki, “Dayan,” - dedi .  Bayrama sovqat da gətirmişəm, aşağıda taksidədir.

Tələm-tələsik aşağı düşdüm, taksidə kimi görsəm yaxşıdır: anasını.

-         Bax, belə peşman olarsan, özün teleqram vurub çağırdın, biz də gəldik.

-         Mən teleqramda yazmışdım ki, “Fatma, tək qayıt”.

-         Bu hələ harasıdır, bir də belə iş tutsan qayınatan, baldızların, qayınların da gələcəklər.

Bülleten əvəzinə qonaqlıq tövsiyyəsi

Həkim hərarətini ölçdü, qan təzyiqini yoxladı.

-         Sizdə heç bir xəstəlik yoxdur, niyə həkim çağırmısınız.

-         Taqətim qalmayıb həkim, ayaq üstə dura bilmirəm.

-         Siz ki ayaq üstəsiniz.

-         Çarəm yoxdur, hazırlıq görməliyəm Yeni il  gecəsinə. Mənə bülleten  lazımdır.

-         Bülleten yazaram, amma əvvəlcə sizi müalicə etməliyəm.

-         Yəni məndə ciddi xəstəlik var?

-         Bəli, çox ciddidir. Qorxusu yoxdur, amma bir az xərcə düşəcəksiniz.

-         Mən hazır!

-         Vaxt itirmədən, bütün qohum-əqrabalarınızı, yaxınlarınızı yığıb, bir yaxşı qonaqlıq verin. Sizdə qətiyyən xəstəlik yoxdur, sap-sağlamsınız.  Sadəcə bülleten xəstəsisiniz. Xudahafiz!

Məsləhətə ehtiyacın olanda gərək ...

-         Çox üzr istəyirəm, elə vəziyyətə düşmüşəm ki, heç növbə də gözləyə bilmədim. Bir məsləhət üçün sizə əziyyət vermək istəyirəm. Dedim bəlkə bu Yeni il gecəsi ...

-         Əlimdən gələn köməyi əsirgəmərəm. Əyləşin, nəfəsinizi dərin, sonra rahat-rahat ...

-          Elə rahatlığım yoxdu deyə yanınıza gəlmişəm. Siz bunu nədən bildiniz?

-         Darıxmayın, bir nəfəs alın, sonra ...

-         Ay sağ olun, elə nəfəsdən yana üzülürəm!

-         Bunlar keçən işdir, ürəyinə salma, əzizim, əsas məsələyə keçin. Deyin görüm, nə barədə məsləhət almaq istəyirsiniz?

-         Ay sağ olmuş, bunlar ötüb keçən məsələ olsaydı heç sizi narahat edərdimmi?

-         Nə isə ... Əsas mətləbə keçin, gördünüzmü, dəhlizdə nə qədər adam var, hərəsi bir iş üçün gəlib.

-         Hə, gördüm. Ona görə də artıq vaxt almaq istəmirəm Mümkünsə,   mənə bir məsləhət verin. Xahiş eləyirəm, xəcalətinizdən də çıxaram.

-         Xəcalət-filan lazım deyil, buraya gələnlərə məsləhət vermək borcumuzdur.

-         Elə isə buyurun.

-         Sizə nə lazımdır?

-         Aaa. Bayaqdan başa salıram, sözümü yarımçıq kəsirsiniz, elə bildim ki, nəfəs ala bilməyimin səbəbini ...

-         Mən sizin xahişinizi bütün təfərrüatı ilə, necə deyərlər, təfsilatı ilə bilməliyəm.

-         Hə? Elə isə qulaq  asın. İşdən evə gedirəm paltarımı dəyişib, yuyunuram.  Kresloda oturub dincəlmək istəyəndə nəfəsim çatışmır, elə bil ki, boğuluram, kimsə məni sıxır, ya kimsə məni qorxudur, gözlərim bərəlir, evdəkilər həyəcanlanırlar, mənə elə gəlir ki, əllərim, ayaqlarım titrəyir ...

-         Saxlayın, saxlayın! Başa düşdüm, deməli, sizdə nəfəs çatışmazlığı – astma xəstəliyi var, eləmi?

-         Bəli, bəli!

-         Elə isə sizə məsləhət görürəm ki,  gözünüzə eynək taxasınız.

-         Nə? Eynək?!  Bu məsləhəti indiyədək kimsədən eşitmədim. Bir də ki ... Astma xəstəliyinin eynək taxmağa nə dəxli?

-         Bəli, eynək taxmalısınız!

-         Yaxşı, günəş eynəyimi, yoxsa  böyüdücü gözlükmü?

-         Böyüdücü eynək! O sizə son dərəcə vacibdir. Buraya gələndə eynəyi taxıb qapının üstündə yazılanları oxumaq üçün.  Bura hüquq məsləhətxanasıdır. Poliklinika isə arxa binadadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI