Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gecə və səhər duman və çiskin müşahidə olunacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Modern.az