Modern.az

Müdafiə Nazirliyi hərbçilərimizin “ölüm” xəbərinə aydınlıq gətirdi

Müdafiə Nazirliyi hərbçilərimizin “ölüm” xəbərinə aydınlıq gətirdi

Təhsil

6 Yanvar 2015, 13:15


Cəbhədə Azərbaycan Ordusunun guya üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır. Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki,  Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” məhv edilməsi barədə yazılanlar dezinformasiya xarakteri daşıyır.

Ermənistanın  kütləvi informasiya vasitələrində bu il yanvarın 5-dən 6-na keçən gecə cəbhədə qoşunların təmas xəttində baş verən atışma zamanı Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunu itirdiyi barədə məlumatlar yayılıb. Ermənilər hətta hərbçilərimizdən birinin "adı və soyadını", eləcə də "xidmət etdiyi hərbi hissəsinin nömrəsini" də qeyd ediblər.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu