Modern.az

Lalə Şövkət deputatlığa namizəd ola bilər - AÇIQLAMA

Lalə Şövkət deputatlığa namizəd ola bilər - AÇIQLAMA

Təhsil

6 Yanvar 2015, 13:52

“2015-ci ilin noyabrında Azərbaycanda növbəti deputat təyinatları olacaq. Biz də seçkilərə bu təyinata uyğun hazırlaşırıq”.

Bunu Modern.az saytına Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan  deyib. Onun iddiasına görə, bu il deputat təyinatları bələdiyyə seçkilərindəkindən daha eybəcər, tənqidəlayiq keçiriləcək.

Əvəz Temirxan Liberal Partiyanın lideri Lalə Şövkətin seçkilərdə iştirakına da münasibət bildirib:

“Hazırda bu barədə konkret fikir deyə bilmərəm. Amma  proporsional seçki sistemi bərpa olunarsa, Lalə Şövkət seçkidə iştirak edə bilər. Onun deputatlığa namizədliyi yalnız bu şəraitdə irəli sürülə bilər”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu