Modern.az

XİN-dən erməni yalanı barədə məlumat

XİN-dən erməni yalanı barədə məlumat

Təhsil

6 Yanvar 2015, 14:00

Azərbaycan Xarici İşlər Nazilriyi  (XİN) Ermənistan KİV-də Uruqvay XİN-ə istinadən yayılan məlumatlara münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, Azərbaycan XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay Xarici İşlər Nazirliyi ilə araşdıracaq

“Bir çox hallarda “asbarez.com” kimi erməni kütləvi informasiya vasitələrində bu kimi xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim olunur.

Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunub. Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirib ki, bu məlumat həqiqətə uyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib. Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir”,-deyə Hikmət Hacıyev söyləyib. .  

Qeyd edək ki, Ermənistan KİV-də guya Uruqvay XİN-in Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımaq kimi çağırışlar etdiyi öz əksini tapıb.  

 Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu