Yanvarın 5-dən 6-na keçən gecə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin cənub səmtində 2 erməni hərbi qulluqçusu həlak olub. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, erməni tərəfi hərbi qulluqçuların təmas xəttində baş verən atışma nəticəsində öldürüldüklərini bildirib. Onların adları hələ ki açıqlanmır.
Erməni tərərfi Azərbaycanın da itki verdiyini iddia edib.
Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan mətbuatında yanvarın 5-dən 6-na keçən gecə 3 hərbçimizin düşmən tərəfindən öldürüldüyü haqda məlumatın qətiyyən həqiqətə uyğun olmadığını bəyan edib.
Xatırladaq ki, yanvarın 3-də də Dağlıq Qarabağda, qoşunların təmas xəttində iki erməni hərbçisi - Karen Qriqoryan və Vardan Mkrtçyan öldürülüb, 1-i isə yaralanıb.
Modern.az