Modern.az

Məşhurların heyvanlara bənzərliyi - Putin, Dalay Lama, Devid Kemeron və digərləri - FOTOLAR

Məşhurların heyvanlara bənzərliyi - Putin, Dalay Lama, Devid Kemeron və digərləri - FOTOLAR

6 Yanvar 2015, 14:52

İnsanların bəzi heyvanlarla bənzərliyi haqda çox danışılır. İnternet istifadəçiləri müqayisəli fotolar təqdim etməklə bir çox məşhurların – siyasətçilərin, müğənnilərin və digərlərinin heyvanlarla bənzərliyini sübut ediblər. Modern.az saytı həmin fotoları təqdim edir.


Almaniyanın füreri (1933-1945) və II Dünya Müharibəsinin əsas baiskarı Adolf Hitlerin həm it, həm də pişik oxşarı var.


1921-ci ildə fizika üzrə Nobel mükafatı laureatı olan Albert Eynşteynin də pişik oxşarı var.


Hollivudun ən gözəl qadınlardan biri kimi tanınan Anjelina Coli isə internet isitfadəçiləri tərəfindən daha çox ceyrana bənzədilir.


London meri Boris Conson ingilis jurnalistləri daha çox xoruza bənzədirlər.


ABŞ-ın keçmiş prezidenti Corc Buş daha çox meymuna bənzədilir.


Tibet buddistlərinin dini lideri Dalay Lama Cənubi Amerika çöllərində yaşayan lamaya bənzədilib.


Britaniyanın baş naziri Devid Kemeron isə fotolardan birindəki üz ifadəsinə görə buldoq cinsli itə bənzədilib.


ABŞ-ın baş prokuroru Erik Holder üz ifadəsi ilə daha çox lemura bənzəyir.


Daha çox “Yaxşı, pis, qəzəbli” filmi ilə tanınan aktyor Klint İstvud da meymuna bənzədilənlər arasındadır.


Rusiya prezidenti Vladimir Putin isə itlə bənzərliyi ilə diqqət çəkib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI