Bakının şərq hissəsinin içməli su ilə təmin edilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 07 yanvar 2015-ci il tarixində gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az