Modern.az

Deputatlığa namizədləri müəyyənləşdirməyə başlamışıq – Partiya sədri

Deputatlığa namizədləri müəyyənləşdirməyə başlamışıq – Partiya sədri

Təhsil

6 Yanvar 2015, 15:33


2015-ci ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bu səbəbdən seçki ilində partiyaların nə dərəcədə aktiv olacağı da maraqlıdır. Vətəndaş və İnkişaf  Partiyasının sədri Əli Əliyev Modern.az-a açıqlamasında seçkilərə qatılacağını deyib: “Parlament seçkiləri bizim üçün maraq kəsb edir. Ötən ilin ortalarından 2015-ci ilin parlament seçkilərinin bir çox səbəblərdən Azərbaycanın siyasi həyatı üçün əhəmiyyət kəsb edəcəyini deyirik, indi də fikrimizdə qalırıq”.

Əli Əliyev bildirib ki, seçkiyə hazırlıq üçün artıq start verilib:

“Təqvim planı hazırlanır. Bütün gücümüzlə seçkilərə qatılmaq niyyətindəyik. Müxtəlif variantlarımız var. Hazırda A,B,C variantlarını müzakirə edirik. Seçkiyə təkbaşına qatılmaq, kimlərləsə blok yaratmaq, proporsional seçki sistemi bərpa olunarsa, hansı addımlar atacağımız kimi variantlar nəzərdə tutulub.

Yerlərdə namizədlərin müəyyənləşməsinə başlanılıb. İlin əvvəlindən majoritar sistem üzrə namizədliyini irəli sürəcək 3 nəfərlə danışıqlar  aparmışam. İlk altı ay ərzində bu qaydada işimiz davam edəcək. Sonra hansı formatda seçkilərdə iştirak edəcəyimiz haqda qərar qəbul edəcəyik”.  

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu