İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub.
“Aktual.az-ın redaktoru Anar Yusifoğluna İctimai Televiziyada vəzifə verilməsi xəbəri doğrudur. O, yaxın günlərdə İTV-də işə başlayacaq”.
Bu barədə Modern.az-a İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumatda qeyd edilir ki, Anar Yusifoğlu İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib.
Qeyd edək ki, bu haqda ilk məlumatı axar.az saytı yayıb.
Namidə BİNGÖL