Modern.az

XİN ABŞ Dövlət Departamenti sözçüsünün dediklərini şərh etdi

XİN ABŞ Dövlət Departamenti sözçüsünün dediklərini şərh etdi

Təhsil

6 Yanvar 2015, 16:38


ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin cəbhə xəttində yaranmış gərginlik ilə əlaqədar söylədiklərinə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) münasibət bildirib.  

Modern.az saytının məlumatına görə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələni şərh edib.  

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir.

ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi tərəflər sülh saziş üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir.  

ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”,deyə Hikmət Hacıyev qeyd edib.

Modern.az 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu