İnsanlıq üçün ən ibrət görüntülərdən biri də ortaya çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bizim Uşaqlar Küçədəki Canlar” adlı qrup, təcavüzə uğrayan itin görüntülərini yayıb.
İctimai mediada yayılan təcavüzə uğrayan itin göz yaşları görənləri təəccübləndirib. Görüntülərdə itin düşdüyü vəziyyətə heyvan sevərlər də reaksiya verib. Küçə heyvanlarını qorumaq və yaşatmaq uğrunda mübarizə aparan qrupun Facebook hesabında, təcavüzə uğrayan bir itin müalicəsi zamanı görünüşləri paylaşılıb. İtin ağladığı görüntüləri izləyən ictimai media istifadəçiləri it təcavüzçüsünə reaksiya verib.Videoda itin yanında dayanan və itin tökdüyü göz yaşlarını görən vətəndaş isə itə belə səslənir: “Qaldır qızım başını, insanlıq başını əysin. Sən həmişə qaldıracaqsan başını, ağlamayacaqsan. İnsanlara qarşı güclü olacaqsan sən”.