Modern.az

Azərbaycan Ordusunun giziri minaya düşüb

Azərbaycan Ordusunun giziri minaya düşüb

Təhsil

6 Yanvar 2015, 20:15

Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.
Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu