Modern.az

Bakıda 26 yaşlı gəncin başını kəsdilər

Bakıda 26 yaşlı gəncin başını kəsdilər

Təhsil

6 Yanvar 2015, 22:29

Bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Həmin gənc hadisə yerindəcə ölüb.

Qətli törədən şəxs isə hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub.

Hadisədən az sonra başı kəsilən gəncin kimliyi bilinib.

Səbail rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

Onun haqqında ətraflı məlumatlar dəqiqləşdirilir. Qatilin axtarışları hələ də davam edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu