Modern.az

“Nizami” stansiyasında eskalator təmirə dayandırılır

“Nizami” stansiyasında eskalator təmirə dayandırılır

Təhsil

7 Yanvar 2015, 09:48
 

Bakı Metropoliteninin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır. Bununla bağlı bütün hazırlıqlar görülüb”.

Bu barədə Modern.az-a Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, qeyd edib ki, yanvarın 1-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək: “Fevralın 7-nə qədər eskalatorun yenidən istifadəyə verilməsi planlaşdırılır. 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılan işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilən yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır”.

“Bakı Metropoliteni” QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu