“İraq Şam İslam Dövləti” (İŞID) İraqda və Suriyada neft yataqlarını ələ keçirəndən sonra bütün diqqəti neft satışına yönəldib. Neftin çıxarılmasına nəzarət edən suriyalı mühəndis İŞID tərəfindən öldürüləcəyini güman edərək oradan qaçmağa cəhd edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatının peşəkar mühəndisə yanaşması gözlənilməz olub. Belə ki, onlar təcrübəli mühəndisə ehtiyac duyduqları üçün ona aylıq 250 min dollar maaş, şəxsi maşın və ev vəd ediblər.
Bütün bunlara baxmayaraq, suriyalı mühəndis 250 min dollar aylıq maaşdan imtina edərək bölgəni tərk edib. O, hazırda Türkiyənin Şanlıurfa ərazisində məskunlaşıb.
Elmin NURİ