AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev diplomla təltif olunub. Modern.az xəbər verir ki, o, Cross Cultures Project Association qurumu tərəfindən diplomla mükafatlandırılıb.
R.Əliyevə Beynəlxalq Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin infrastrukturunun inkişafı və reallaşdırılmasında, Azərbaycanda kütləvi futbolun təbliğində və həyata keçirilməsində əldə olunan uğurlara görə bu diplomla təltif olunub.
Federasiya rəsmisinə diplom "Cross Cultures Project Association" tərəfindən təqdim edilib.
Modern.az