Modern.az

Əbülfəs Qarayev nazirlikdə yeni təyinat imzaladı

Əbülfəs Qarayev nazirlikdə yeni təyinat imzaladı

Təhsil

7 Yanvar 2015, 12:16

Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb. Şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.
Modern.az xəbər verir ki, mədəniyyət və turizm nazirinin əmrinə əsasən nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Şixəmmədov Vüqar Nurməmməd oğlu yeni şöbəyə müdir təyin edilib.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu