Modern.az

Azərbaycanlı kikboks ustası Türkiyə peşəkar rinqinin əsas döyüşünə çıxacaq

Azərbaycanlı kikboks ustası Türkiyə peşəkar rinqinin əsas döyüşünə çıxacaq

Təhsil

7 Yanvar 2015, 13:05

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyənin peşəkar rinqinin əsas döyüşünə çıxacaq.

Fevralın 28-də İstanbulun "Sinan Erdem" arenasında baş tutacaq turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq. Lakin 15 min tamaşaçı tutumlu arenada günün həlledici döyüşü məhz Zabit Səmədovla Türkiyəli idmançı Mert Akın arasında keçiriləcək. Z.Səmədov açıqlamasında artıq döyüşün məşqlərinə start verildiyini və yanvarın 20-də məşq toplanışını keçirmək üçün Tailanda yola düşəcəklərini bildirib. Azərbaycanlı idmançı daha öncə Türkiyəli idmançılardan Erhan Denizi 2006-cı ildə Dünya Çempionatının yarımfinalında məğlub etmişdi, 2011-ci ildə isə Ali Cenik ilə Moskvada bərabər qalmışdı. Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib. Döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub.

Zabit Səmədovun sonuncu döyüşünün video-görüntülərini təqdim edirik. (Report.az)

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu