Modern.az

Məşhurların heyvanlara bənzərliyi – Səddam Hüseyn, Rihanna və digərləri - FOTOLAR

Məşhurların heyvanlara bənzərliyi – Səddam Hüseyn, Rihanna və digərləri - FOTOLAR

7 Yanvar 2015, 13:10

İnsanların bəzi heyvanlarla bənzərliyi haqda çox danışılır. İnternet istifadəçiləri müqayisəli fotolar təqdim etməklə bir çox məşhurların – siyasətçilərin, müğənnilərin və digərlərinin heyvanlarla bənzərliyini sübut ediblər. Modern.az saytı həmin fotoların ikinci hissəsini təqdim edir.


Hazırki Fransa prezidenti Fransua Ollandın daha çox məməlilər sinfinin ikikəsicidişlər dəstəsinə aid olan vombat gəmiricisi ilə müqayisə olunur.


Hollivud blokbasterlərinin unudulmaz ulduzu Brüs Uillis isə görüntülərdən birindəki üz ifadəsinə görə meymunla müqayisə olunub.


Səssiz filmlərdə öz mimikası və aktyor oyunu ilə tamaşaçıların sevimlisinə çevrilən aktyor Çarli Çaplin isə pişiyə bənzərliyi ilə seçilib.


Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cozef Bayden isə yerli jurnalistlər tərəfindən tısbağa ilə müqayisə olunub.


Britaniya televiziyasında, sonradan isə Hollivudda yaratdığı “Mister Bin” səhnə obrazı ilə böyük populyarlıq qazanan aktyor Rouen Atkinson isə bəzən baxışları ilə bayquşu xatırladır.


“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq isə internet istifadəçilərinin gözündə daha çox su itinə bənzədilir.


Hollivudun sönmüş ulduzlarından sayılan Harri Byuzi isə emosional üz ifadəsi ilə meymunla müqayisə olunub.


Böyük Britaniyanın sabiq baş naziri Toni Bler ingilis jurnalistlərinin gözündə uzunqulağı xatırladır.


“Oskar” və “Qremmi” laureatı olan müğənni Şer isə saç düzümünə və rənginə görə paparazzilər tərəfindən itlə müqayisə olunmuşdu.


2006-cı ildə edam olunan İraq diktatoru Səddam Hüseyn isə məhkəmə prosesindəki şəkillərdən birində pişiyi xatırladıb.


Dünya miqyaslı populyar Barbados əsilli müğənni Rihanna isə fotolardan birində lamanı xatırladıb.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI