Modern.az

Mübariz Əsgərov Heydər Əliyevin mətbuat konfransındakı adamları bir yerə topladı

Mübariz Əsgərov Heydər Əliyevin mətbuat konfransındakı adamları bir yerə topladı

7 Yanvar 2015, 14:59

“Qulp”u da yenidən efirə qaytarmağa hazırlaşır

“Hazırda 20 yanvar hadisələrindən bəhs edən “Bir mətbuat konfransının tarixi” adlı sənədli film hazırlayırıq. Əlimdə işlərim çox olduğu üçün “Qulp” verilişinə vaxt ayıra bilmirəm. Amma veriliş ekranlarda olacaq”.

Bunu Modern.az saytına vaxtilə ANS TV-nin populyar verilişlərindən olan “Qulp”un müəllifi və aparıcısı Mübariz Əsgərov deyib.
O, bildirib ki, “Bir mətbuat konfransının tarixi” adlı sənədli filmdə Heydər Əliyevin 25 il əvvəl 20 yanvar hadisələri ilə bağlı keçirdiyi mətbuat konfransında iştirak edən adamları yenidən bir araya toplayıb və onlar bu hadisələrlə yenidən nəzər yetiriblər.

M.Əsgərov qeyd edib ki, televiziyalarda aktiv görünməsə də, müəllifi olduğu layihələr yayımlanır. Məsələn, “Xəzər” televiziyasındakı “Rezonans” verilişi də Mübariz Əsgərovun layihəsidir:
“Layihələrim çoxdur. “Qulp”un efirə çıxması üçün heç bir problem yoxdur. Hamı məndən bu verilişi soruşur. Bəlkə “Qlup”dan əvvəl bəzi layihələri efirə verdim”.

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi