Fransanın paytaxtı Parisdə silahlı hücum baş verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin mərkəzində naməlum şəxsin açdığı atəş nəticəsində azı 11 nəfər həlak olub.
Silahlı hücum Parisdə nəşr olunan və Həzrəti Məhəmmədin karikaturasını çap etdikdən sonra böyük reaksiyaya səbəb olan "Charlie Hebdo" jurnalının redaksiyasına edilib.
İlk məlumatlara görə, yumor jurnalı “Charli Hebdo”nun binasına girən 2 adam avtomatla işləyənlərə atəş açıb.
Hücumda 11 adamın öldüyü, 5 adamın isə yaralandığı bildirilir.
Təcavüzkarların 30 dəfə atəş açdığı, bəzi jurnalistlərin yuxarı mərtəbələrə qaçaraq hücumdan xilas olduğu öyrənilib. Təcavüzkarların qaçarkən polis qruplarına atəş açdığı, 1 polisin də yaralandığı məlum olub.
***
Parisin mərkəzində yerləşən “Charlie Hebdo” satirik jurmnalının redaksiyasına edilən silahlı hücum nəticəsində həlak olanların sayı 12 nəfər çatıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər xəstəxanalrında jurnalın baş redaktoru Stefan Şarbonye də daxil olmaqla 10 nəfər yaralı müalicə alır. Yaralılardan 4-nün vəziyyəti kritik olduğu üçün ölənlərin sayının artması istisna olunmur.