İtaliyada işsizliyin səviyyəsi tarixi rekord göstəriciyə çatıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədəki əmək qabiliyyətli əhalinin 13,4 faizi işsizdir. İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) saytında yayılan məlumatda qeyd edilir ki, bu, 1977-ci ildən sonra mütləq rekorddur.
İSTAT-ın məlumatına görə, keçən ilin noyabr ayında İtaliyada işləyənlərin sayı 22 milyon 310 min nəfər olub və bu 0,2 faiz oktyabr ayındakından azdır. İşsiz italiyalıların sayı 3 milyon 457 min nəfərdir. Bu, oktyabr ayındakından 1,2 faiz çox olub.
İtaliyada gənclər arasında (yaşı 15-dən 24-ə qədər olanlar) işsizlik daha da artır. Ötən ilin noyabr ayında işsiz gənclərin sayı oktyabr ayı ilə müqayisədə 0,6 faiz artıb. Beləliklə, bu yaş qrupundan olan işsizlər İtaliya vətəndaşlarının 12,2 faizini təşkil edib.Modern.az