Modern.az

Rza Zərrab İrana SƏSLƏNDİ: “Gəlsinlər, məni götürsünlər”

Rza Zərrab İrana  SƏSLƏNDİ: “Gəlsinlər, məni götürsünlər”

Təhsil

7 Yanvar 2015, 16:39


İranın “Eghtesadnews” xəbər saytı Rza Zərrabla reportaj hazırladıqlarını iddia edərək, İran əslli iş adamının İranda özü haqqında danışılan sui-istifadə iddialarına anlaya bilmədiyini bəyan etdiyini yazıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, saytda yayımlanan reportaja görə Zərrab İrana səslənərək deyib: “Yerim-yurdum müəyyəndir, günahkaramsa, gəlib məni alın”.

Zərrab ona ünvanlanan İrandakı iddiaları tənqid də edib: “İranda məni sui-istifadələrə görə  günahlandıranlar heç olmasa bir-iki sənəd ortaya qoysunlar. İranda mənim üçün yaradılan mühit və deyilənlər qəribə və gülüncdür. Dedikləri qədər günahkaramsa, niyə gəlib məni götürmürlər. Uzaq yerdə deyiləm, yerim-yurdum müəyyəndir. Gəlsinlər, sənədlərini təqdim etsinlər, məni götürsünlər”.  

Reportajda İranda etdiyi milyard dollarlıq sui-istifadə günahlandırmaları səbəbi ilə həbs olunan iş adamı Babək Zencaninin özünün “müdiri” olduğu iddialarını yalanlayan Rza Zərrab Zencaninin dürüst biri olmadığı mövzusunda iki il əvvəl İran rəhbərliyini xəbərdar etdiyini bildirib:

“Zencani heç bir zaman mənim müdirim olmayıb. Bu hekayənin necə uydurulduğunu bilmirəm. Mən bir tacirəm və işimi şəffaf görürəm. İran kim olduğu müəyyən olmayan birinə milyardlarla avro pul verib, indi də bu pulları geri ala bilmir. Halbuki mən iki il əvvəl bu adamın dürüst olmadığı və onları aldadacağı mövzusunda İranı xəbərdar etmişdim. Lazım olsa İranda xəbərdar etdiyim kəslərin adlarını sənədləri ilə açıqlaya bilərəm”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu