Modern.az

Qadınlara kiçik biznes bacarıqları öyrədilib

Qadınlara  kiçik biznes bacarıqları öyrədilib

Təhsil

7 Yanvar 2015, 17:17



“Qadınlar Arasında  Həmrəylik” İctimai Birliyi  və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi  “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması”  layihəsi çərçivəsində 26-27 dekabr 2014-cü il tarixdə  Hacıqabul rayonunda qadınlar üçün Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirilib.

Layihə barədə təlim iştirakçılarına məlumat verən “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov bildirib ki, 2013-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 716,3 min nəfərini qadınlar təşkil edib. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3 faizi, orta ixtisas təhsil müəssisələrində 77,4 faizi, ali təhsil müəssisələrində 49,0 faizi, həkimlərin isə 63,9 faizi qadınlardır.  Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir.

Ekspertin sözlərinə görə, qadınların ölkənin ictimai-siyası həyatında rolunun artırılması, qadın iştirakçılığının genişləndirilməsi istiqamətində ən mühüm vasitələrdən biri də qadın sahibkarlıının inkişafına dəstək verilməsidir.  Rəqəmlərdən göründüyü kimi, qadın sahibkarlığının daha da inkişaf etdirilməsinə ciddi ehtiyac var. Xüsusən nəzərə alsaq ki, hazırda qadın sahibkarlığının inkişafı üçün böyük potensial var. Son illər bütün çətinliklərə, cəmiyyətimizdəki qadınların rolu və statusu ilə bağlı steriotiplərin buxovlayıcı təsirinə baxmayaraq xanımlar biznesdə özlərini sınamaqdan çəkinmirlər.

Z.İbrahimlinin sözlərinə görə, “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması”  layihəsi çərçivəsində keçirilən təlimlər məhz yeni ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından ilk addımları ata, biznesi genişləndirə bilməyən xanımlara bir dəstəkdir. Təlimlərdə öyrədilən bilik və bacarıqlar məhz xanımlar üçün qeyd edilən çətinlikləri dəf etməyə əməli kömək göstərəcək.

Təlimin birinci günü Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib.

Təlimin ikinci gününü “Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə   bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Təlimin yekunları müzakirə olunan zaman Şəbnəm Həşimova qeyd edib ki, biznes plan hazırlanması ilə bağlı bilgilər çox faydalı olub. Əmindir ki, təlimdən sonra özü müstəqil şəkildə biznes plan hazırlaya bilər.

Bayramova Elmira isə qeyd edib ki, şirkətlərin idarə olunması və kreditlərin alınması ilə bağlı məlumatları çox vacib hesab edir. 

Təlim ABŞ Beynəlxalq  İnkişaf Agentliyinin (USAİD) dətəyi ilə  Kounterpart İnterneşnl təşkilatının icra etdiyi  Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadınlar Arasında  Həmrəylik” İctimai Birliyi  və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması”  layihəsi çərçivəsində baş tutub.

Layihə çərçivəsində həmçinin 25 oktyabrda Hacıqabul rayonu Nəvahi qəsəbəsi 1 saylı orta məktəbdə 9-11 siniflərdə təhsil alan qız şagirdlərlə görüş keçirilib.  Görüşdə onlara təhslilin, xüsusən peşə təhsilinin vacibliyi  barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri naliyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini,  vacibliyini anladıblar. 

Həmin gün həmçinin, rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor,  dövlət orqanları yerli özünüidarəetmə orqanlarının  nümayəndələrinin  iştitakı ilə “Qadın sahibkarlığı və qadın məşğulluğu” mövzusunda ictimai dinləmə keçirilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu