Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı barədə məlumatı artıq özünü doğruldub.
Modern.az-ın məlumatına görə bu saatlarda ölkənin bütün rayonlarında havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Dağ rayonlarında, xüsusilə Şimal və Qərb bölgəsində güclü külək əsir.Artıq Bakıda havanın temperaturu 2 dərəcəyə düşüb.
Dünən axşam saatlarından başlayaraq ölkə ərazisində havanın temperaturu kəskin şəkildə aşağı düşüb.
Hazırda Bakıda sulu qar yağır. Havanın temperaturu paytaxtda bəzi yerlərdə 0 dərəcəni göstərir.
Bakının hündür yerlərində torpaq örtüyünü qar örtüb.
Bölgələrə gəlincə, demək olar ki, ölkənin əksər rayonlarında qar yağır.
Şimal, Cənub və Qərb bölgələrəindəki dağlıq rayonlarda qar yeri örtüb.
Havanın temperaturu kəskin olaraq aşağə düşüb, şaxta var.
Ölkənin magistiral yollarında avtomobillərin hərəkəti ilə bağlı sürücülərə xəbərdarlıq edilib.
Modern.az