Modern.az

Deputat: “Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”

Deputat: “Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”

Təhsil

8 Yanvar 2015, 00:37

Milli Məclisin üzvü Fazil Mustafa YUKOS şirkətinin keçmiş rəhbəri Mixalil Xodorskovskinin son çağırışına münasibər bildirib. Bu barədə deputat  Facebook-da yazıb:

“Rusiya Prezidentinin bir sıra addımlarını qınasaq da, bəzi addımlarına haqq qazandırmamaq olmur. “ЮКОС” neft şirkətinin eks sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini deyəsən haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb. Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm. Adam bütün müsəlmanları qıcılandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb. Özünün Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. Təbii ki, Parisdə baş verən terrora ağlı başında olan insanların münasibəti birmənalıdır və bunun hər şeydən əvvəl müsəlmanlara qarşı düşünülmüş bir hərəkət olduğu kimsədə şübhə doğurmur. Hətta terrorçular müsəlman olsalar belə, bu vəhşiliyin bədəlini Avropada yaşayan müsəlmanlara ödətmək məqsədilə bu addımı atdıqları ehtimal olunur. Buyurub Fransanın çevik polis sistemi terrorçuları ələ keçirsin və ən ağır cəzaya məhkum etsinlər. Bunun qisasının Məhəmməd Peyğəmbərdən almaq bu axmağın ağlına görəsən haradan gəlib. Peyğəmbərin karrikaturasını çəkməklə hansısa xəstə təxəyyülü insan həzz alırsa, bunları heç ciddiyə almağa da gərək yox. Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar heç şübhəsiz Peyğəmbərə qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər. Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”. 

Xatırladaq ki, YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski təxribatçı bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, o, özünün Twitter səhifəsində KİV- Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə çağırıb. (Musavat.com)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu