Modern.az

Bu axşam Zahid Qaralovun cənazəsi Almaniyadan Bakıya gətiriləcək

Bu axşam Zahid Qaralovun cənazəsi Almaniyadan Bakıya gətiriləcək

Təhsil

8 Yanvar 2015, 10:04

İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov dünən vəfat edib.



“Mərhumun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək. Yas mərasimi mərhuma məxsus evin həyətində, Nəsimi polisinin arxasında olcaq”.

Bu baradə Modern.az saytına mərhumun yaxınları məlumat veriblər.

Yaxınları bildirib ki, Zahid Qaralov bir həftə əvvəl müalicə üçün Almaniyaya aparılıb. Dünən orada vəfat edib.

Qeyd edək ki, mərhum Azərbaycanda Mərkəzi Klinikada əməliyyat olunmuşdu.  

 

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu