Yanvarın 6-da Bakıda qətl törədən şəxs saxlanılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə yanvarın 6-da saat 20 radələrində qeydə alınıb. N. Həsənov və tanışı O. Məmmədzadə bir nəfər tərəfindən bıçaqlanıb.
Modern.az