Modern.az

Sabir Rüstəmxanlının qardaşı Azərbaycandan gedib - Əlövsət Əliyev SƏBƏBLƏRİ açıqladı

Sabir Rüstəmxanlının qardaşı Azərbaycandan gedib - Əlövsət Əliyev SƏBƏBLƏRİ açıqladı

8 Yanvar 2015, 12:32


Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, millət vəkili Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev uzun müddətdir ki, Azərbaycanda yoxdur.

Onun Azərbaycandan getməsinin səbəbini öyrənmək üçün özü ilə əlaqə saxladıq. Ə.Əliyev Modern.az saytına açıqlamasında Azərbaycandan getməsinin səbəbini açıqladı:

“Hazırda Almaniyada yaşayıram. Bura müalicəyə gəlmişdim, lakin sonra qalası oldum. Bu səbəbdən ailəm də bura köçdü. Bütün ailəmlə birlikdə burada yaşayırıq. Azərbaycanda mənim haqqımda gəzən söz-söhbətləri bilmirəm, heç maraqlanmıram da”.

O, ölkədə olarkən fikirlərini ifadə etməkdə çətinlik çəkdiyini, verdiyi hər açıqlamadan sonra narahat edildiyini vurğulayıb:

“Azərbaycanda kimlərəsə özünü ifadə etmək rahat ola bilər. Mən isə özümü vətəndə ifadə edə bilmirdim. Hər açıqlamadan və ya müsahibədən, münasibətdən sonra narahat edilirdim. Buna görə də, hələ ki, qayıtmaq haqqında düşünmürəm”.

Əlövsət Əliyev hazırda dil öyrəndiyini və miqrasiya sahəsində işlərini davam etdirəcəyini deyib: “Hələ ki dil öyrəndiyim üçün başqa işlərə vaxtım yoxdur. Amma miqrasiya sahəsində işlərimi davam etdirəcəyəm”.

Qeyd edək ki, Əlövsət Əliyev Azərbaycan Dövlət Unversitetinin (indiki BDU)  Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Masallı rayon Polis Şöbəsində inspektor kimi başlayıb. 1991-ci ildən 1995-ci ilə kimi Lerik, Lənkəran və Astara rayonlarında Polis şöbələrinin rəisi işləyib.
1995-2000-ci illərdə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Baş İdarəsində İdarə rəisi olub. 2001-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri və “Leqal” Hüquq Firmasının direktorudur.

 Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi