Modern.az

Sabahın hava PROQNOZU: külək mülayimləşəcək

Sabahın hava PROQNOZU: külək mülayimləşəcək

Təhsil

8 Yanvar 2015, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, gecə və səhər saatlarında qar yağacağı gözlənilir.

Yağıntı gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında fasilələrlə qar yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu