Modern.az

“Danışıqlar öz nəticəsini verməsə, hərb yolu seçiləcək”

“Danışıqlar öz nəticəsini verməsə, hərb yolu seçiləcək”

Təhsil

8 Yanvar 2015, 13:41


“Ermənistanın atəşkəsi tez-tez pozmasının başlıca məqsədi, daxildəki ictimai siyasi vəziyyətin gərgin olmasından irəli gəlir”. Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib.

"Prezidentin xalq tərəfindən dəstəklənməməsi fonunda baş vermiş hadisələrdir. Atəşkəsi pozmaqla Ermənistandakı gərginləşmiş ictimai siyasi vəziyyəti müharibə fikrinə yönəltməyə çalışırlar. Digər tərəfdən, Ermənistana aydındır ki, torpaqları uzun müddət işğal altında saxlaya bilməyəcək. 

Ordumuzun gücü ortadadır. Azərbaycan Prezidenti 31 dekabr çıxışında da bir daha bəyan etdi ki, artıq Azərbaycan torpaqlarını qısa müddət ərzində azad etmək əzmindədir. Müdafiə nazirinin də son çıxışları ona xidmət edir ki, ordumuz torpaqları hərb yolu ilə azad etməyə hazırdır. Təbii ki, müəyyən zamana qədər diplomatik danışıqlar öz nəticəsini verməsə, hərb yolu seçiləcək.

Ötən il Ermənistanın atəşkəsi intensiv pozması nəticəsində Azərbaycan ordusunun cavabı Ermənistanı Rusiyaya sığınma məcbur etmişdi. Yəni, Ermənistan gözəl başa düşdü ki, Rusiyasız nəsə edə bilməz. Rusiyanın və Minsk qrupu Ermənistanı müdafiə edəcəklərsə, problemdə nəyəsə nail olmaq müşkül məsələdir. Belə olduğu təqdirdə yəqin, Azərbaycanın hərb yolundan başqa variantı qalmayacaq”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu