Modern.az

Güney Azərbaycan Konqeresinin sədri Fərəc Quliyevlə görüşüb - FOTO

Güney Azərbaycan Konqeresinin sədri Fərəc Quliyevlə görüşüb - FOTO

Təhsil

8 Yanvar 2015, 14:31


Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının mərkəzi qərargahında MDHP sədri, mİllət vəkili Fərəc Quliyev Bakıda səfərdə olan İsvçdə yaşayan soydaşımız, Güney Azərbaycan Konqerəsinin sədri Əbdullah Əmirhaşimi ilə görüşüb.

Görüş zamanı Güney Azərbaycanda və bölgədə son ictimai-siyasi durum, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə əmkdaşlığı, Güney Azərbaycan milli hüquq və azadlığı istiqamətində fəaliyyət göstərən təşkilatların ümüm-milli məsələlərdə vahid mövqeydəın çıxş etmələrinin vacibliyi vurğulanıb. 

MDHP sədri bir daha bilidirb ki,bizim partiyamızın əsas və önəmli hədəflərindən biri Güney Azərbaycanın qurtuluşu və bötöv Azərbaycanın bərpasıdır. Bu yolda biz həm fərd olaraq həm də partiya olaraq sona qədər bütün imkanlarımızla Güneyli soydaşlarımızın yanındayıq.

GAK sədri Əbdullah Əmirhaşimi MDHP-nin Güney Azərbaycan məsələsinə diqətini yüksək quimətləndirərək bildirdi ki, təşkilatlar arası əlaqələrin genişlənməsi görülən işlərin daha da müsbət nəticə verməsinə səbəb olacaq.

Görüşdə MDHP Güney Azərbaycan Departamentinın sədri Əlirza Amanbəyli, Ümüd partiyasının dispor məsələləri üzrə sədr müavini Rüfət Muradlı iştirak edirdib.

Görüşün sonunda MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli MDHP kitabxanasının yeni nəşri olan kitabları qonağa hədiyyə etdi.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu