“Caillou” nişanlı limonadın içindən siçan çıxıb. Bu barədə “report” məlumat yayıb. Məsələylə bağlı Modern.az-a açıqlama verən Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, faktdan xəbərdardırlar:
“Caillou” nişanlı limonadın içindən siçanın çıxması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb”.
İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı "Caillou" limonadından zəhərləniblər.
Məltəm TALIBZADƏ