Modern.az

TQDK-dan 11-cilərlə bağlı XƏBƏRDARLIQ

TQDK-dan 11-cilərlə bağlı XƏBƏRDARLIQ

Təhsil

8 Yanvar 2015, 16:26

2014-2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

Modern.az xəbər verir ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası  bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edib ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər.

“Diqqət! Xarici dil bölməsində "Tədris edilmir" qeydi olan şagirdlər buraxılış imtahanlarında xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər !”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu