Modern.az

Eddi İsrafilov Azərbaycan millisində oynamaq təklifini qəbul edib

Eddi İsrafilov Azərbaycan millisində oynamaq təklifini qəbul edib

Təhsil

8 Yanvar 2015, 18:16


Azərbaycan millisinin üzvlüyünə namizəd, ispaniyalı futbolçu Eddi İsrafilovun AFFA ilə danışıqları müsbət sonuclanıb.  Modern.az saytı xəbər verir ki, futbolçunun anası və meneceri bu gün Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
 Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında AFFA-nın baş katibi Elxan Məmmədov, Eddi İsrafilovun anası İradə İsrafilova və yığma komandanın  baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. 

Elxan Məmmədov: “İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddi ilə danışıqlarımız davam edirdi. Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir. 2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddi gənc idi və La Liqada oynamırdı. Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi”.

İradə İsrafilova: “Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Gəlişimizdn razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı. Mən azərbaycanlıyam. Uzun müddətdir ki, xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin”.

Robert Prosineçki: “Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki   güclü bir  futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək. İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birini yaxşı başa düşəcəyik”.

Eddi İsrafilov 1992-ci ildə İspaniyada anadan olub. Onun atası anqolalı, anası - Elnarə İsrafilov isə azərbaycanlıdır. İlk komandası "Mursiya" olan İsrafilov hazırda icarə əsasında "Qranada"da çıxış edir.







Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu