Modern.az

DƏHŞƏT: Terror nəticəsində 2000 insan öldü

DƏHŞƏT: Terror nəticəsində 2000 insan öldü

Təhsil

8 Yanvar 2015, 21:26


Ekstremist “Bako Haram” terrorçu qruplaşmasının Nigeriyanın şimal-şərqindəki Baqa şəhərinə təşkil etdikləri hücumlar zamanı 2 mindən çox insan ölüb.  

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Baqanın yerli idarəetmə orqanının rəsmisi Musa Alhajı Bukar terroristlərin çərşənbə günü etdiyi hücumlar nəticəsində şəhərin yandırıldığını bildirib.

O bildirib ki, dünən və bu gün törədilən terror aktları nəticəsində ölənlərin cəsədləri dağılmış vəziyyətdə küçələrdədir.   O qeyd edib ki, şəhərdə hazırda sivil şəxslər qalmayıb və vətəndaşların çoxu terror törədilən ərazini tərk edib. Onların çoxu qonşu ölkələrə üz tutublar.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu