Modern.az

Sağlamlığınızdan xəbərdar olmaq istəyirsinizsə DİLİNİZƏ BAXIN

Sağlamlığınızdan xəbərdar olmaq istəyirsinizsə DİLİNİZƏ BAXIN

Təhsil

8 Yanvar 2015, 22:02

Hər bir insan öz dilinə baxmaqla sağlamlığı haqqında ümumi nəticəyə gələ bilər. Elə bir çox həkimlərin də müayinə üsulları arasında xəstənin dilinə baxmağının tez-tez şahidi olmuşuq. Beləliklə, dil təkcə dil-dil ötürmək funksiyasını yox, həm də sağlamlığımız haqqında bizə informasiya verən vacib bir funksiyanı da yerinə yetirir.

Modern.az saytı dilin məhz bu funksiyası ilə bağlı yazını təqdim edir.

Əgər dil solğun rəngdədirsə bu qanda hemoqlobinin səviyyəsinin aşağı olmasına işarədir.

Dilin rəngi sarımtıl olarsa bu öd kisəsi və qaraciyərin problemlərindən xəbər verir.

Göyümtül rəngə çalan dil öz sahibinə kardioloqa getməyi, ürək problemləri ilə məşğul olmağı xəbərdar edir.

Dildə boz rəngi müşahidə edənlər mədə və bağırsaqlarına xüsusi diqqət yetirməlidirlər.

Rənglərlə yanaşı dilin səthində yaranmış ərp də orqanizmin problemlərindən xəbər verir.

Dilin yan tərəflərində ərp yaranırsa bu böyrəklərin fəaliyyətindəki nasazlığın, orta hissədə olduqda isə yoğun bağırsağın intoksasiyasının əlaməti ola bilər.

Dil səthində nalabənzər formada ərpin yaranması bağırsaqların düzgün işləməməsi, oval və dairəvi olması isə mədə xəstəlikləri ilə bağlı xəbərdarlıq deməkdir.

Əgər dilin bütün üst səthi qalın ağ ərplə örtülübsə bunun səbəbini xroniki qəbzlikdə axtarmaq lazımdır.

Dildə yaşıl ərpin yaranmasının əsas səbəbi həddindən artıq dərman pereparatlarının qəbulu ilə bağlıdır.

Dilin uc hissəsində qızartı yaranırsa bu ürəyin işemik xəstəliyinin başlanğıcı əlaməti ola bilər.

Dad duyumunun azalması, dadbilmənin zəifləməsi sinir sisteminin fəaliyyətindəki problemlərə işarədir.

Əgər dilinizdə yaranmış problemlərdən birdəfəlik yaxa qurtarmaq istəyirsinizsə ilk növbədə onları yaradan problemləri aradan qaldırın. Həkim müayinəsindən sonra heç bir xəstəlik aşkar edilmədiyi halda isə ən adi gigiyenik qaydalara əməl etməklə bu problemi həll etmiş olarsınız.

Yəqin ki, bu yazını oxuduqdan sonra güzgünün qarşısına keçib dilinizə baxacaqsınız. Amma tələsməyin, sağlamlığınızdan xəbərdar olmaq üçün yalnız səhər tezdən, yuxudan oyanan kimi dilə nəzər salmaq lazımdır.

Diliniz şirin və təmiz olsun.

İlham Cəmiloğlu  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu