Məşhur amerikalı maliyyəçi, milyarder Corc Soros Qərb dövlətlərinin Ukrayna ilə bağlı siyasətini tənqid edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Corc Soros Qərbin Rusiya və Ukrayna ilə bağlı xarici siyasət strategiyasından danışarkən ittihamlar səsləndirib.
Milyarder bildirib ki, Qərbin strateji xəttindəki təhlükəli nöqsanlar Avrozona üçün ölümcül risklərə yol açır.Onun sözlərinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar deflyasiyanın və düşmənin hücuma keçməsi üçün tendensiyaları gücləndirir.
O qeyd edib ki, artıq Avropada bu sahədə problemlərin yarandığını müşahidə etmək olar. “ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə böyük səhv etdi. Çünki bu sanksiyalar Ukraynaya maliyyə dəstəyinin genişmiqyaslı proqramıyla möhkəmlənməyib. Ukrayna 50 milyard dollara qədər tələb edəcək və 2015-ci ilin birinci rübündə bu təsdiq edilməlidir”.
Corc Soros Avropa Birliyinin Ukraynaya maliyyə yardımı etmək istəməməsinin problemlər yaradacağını hesab edir. Məşhur maliyyəçinin fikrincə, Avropa Birliyi Rusiyanın cəhdlərini anlamır.
Aqşin Kərimov