Məşhur İtaliyalı filosof, yazıçı və ədəbi tənqidçi Umberto Eko “İslam dövləti” terrorçu qruplaşmasını II dünya müharibəsi zamanındakı nasistlərlə müqayisə edib. Modern.az İtaliyanın “The Local” nəşrinə istinadən xəbər verir ki, Umberto Eko “İslam dövləti”nin məhv etmə metodları ilə nasizmin yeni formasını özündə ehtiva edir.
Yazıçı hesab edir ki, Avropada sivil vətəndaşlar II dünya müharibəsindəki bombardmanlardan qorxduğu kimi, sözügedən terrorçu qruplaşmanın növbəti terror aktları törətməsindən qorxur.
“Mən uşaq vaxtı qorxu içərisində yaşayırdım, çünki istənilən vaxt bombalar atıla bilərdi. Terrorizmin bu növü isə bizim müharibə vaxtı yaşadığımız günləri xatırladır”,-deyə filosof bildirib.
Aqşin Kərimov