Modern.az

Bakıda ötən gecə 1500 nəfər təcili yardıma müraciət edib

Bakıda ötən gecə 1500 nəfər təcili yardıma müraciət edib

Təhsil

9 Yanvar 2015, 10:28

“Ötən gecə təcili yardıma müraciət edənlərin ümumi sayı 1500 nəfər olub”.  Bunu Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

Həkim qeyd edib ki, şaxtalı hava şəraitində 35 nəfər travma alıb. Onlardan bəzisinə yerində müdaxilə edilib, digərləri isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanlara yerləşdirilib.

Qəza sayına gəldikdə, Oqtay Şahmalıyev ötən gecə paytaxt küçələrində 6 yol nəqliyyat qəzasının baş verdiyini açıqlayıb: “6 yol nəqliyyat qəzası baş verib. Nəticədə 8 nəfər ağır dərəcəli xəsarətlərlə xəstəxanalara yeləşdirilib”.

Qeyd edək ki, havaların kəskin soyuyacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ bir neçə gün əvvəldən xəbərdarlıq etmişdi.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu