Modern.az

Azərbaycandakı faktiki hava şəraiti - ən çox qar Naxçıvana yağıb

Azərbaycandakı faktiki hava şəraiti - ən çox qar Naxçıvana yağıb

Təhsil

9 Yanvar 2015, 11:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 8-i gündüzdən 9-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-11, Naxçıvan MR-da 7-10, Lənkəran-Astara zonasında 8-52, Mərkəzi Aran rayonlarında 2-21, Böyük Qafqazda 6-39 mm, Kiçik Qafqazda 11 mm-dək təşkil edib. Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 26, Böyük Qafqazda 40, Kiçik Qafqazda 9, Naxçıvan MR-da 38, Mərkəzi Aran rayonlarında 8, Bakıda və Abşeron yarımadasında 12 sm-dək olub.

Şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi rayonlarda 18-36 m/s-dək güclənib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu