Modern.az

Sinoptiklərdən XOŞ XƏBƏR: temperatur yüksələcək

Sinoptiklərdən XOŞ XƏBƏR: temperatur yüksələcək

Təhsil

9 Yanvar 2015, 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yaxın iki gün ərzində ölkə ərazisində temperatur 3-5 dərəcə yüksələcək.

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti müşahidə ediləcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu