Nizami Kino Mərkəzində yanvarın 8-dən etibarən ABŞ və Böyük Britaniyanın istehsalı olan “Muzeydə gecə: qəbirlərin sirri” adlı filmin nümayişinə başlanıb.
Filmi rejissor Şon Levi David Qiyonun ssenarisi əsasında ailəvi komediya, fentezi və məcara janrında çəkib. Filmin büdcəsi 127 milyon dollardır.
Nyu –Yorkda yerləşən Amerika Təbii Tarix Muzeyinin gecə bələdçisi Larri Deyli təşviş içindədir: onun dostları olan eksponatlar özlərini qəribə aparmağa başlayırlar və bunun səbəbi onları dirildən Qədim Misir qızıl sikkəsinin parçalanmasıdır. Bu möcüzəli artefaktın sirrini bilən yeganə eksponat - firon Axkmenranın atasıdır və onun mumiyası uzaqda –Böyük Britaniyanın Təbiətşünaslıq Muzeyində saxlanılır. Sevilən qəhrəmanlar komandası Londona görünməmiş səfər edirlər. Onlar britaniyadakı eksponatlarla birləşib qızıl sikkəni bərpa etməlidirlər...
Filmdə rollara Ben Stiller, Robin Uilyams, Ouen Uilson, Stiv Kuqan, Riki Cerveys, Den Stivens, Rebel Uilson, Skayler Cizondo, Rami Malek, Patrik Qallaxer və başqa aktyorlar çəkilib.
Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (//www.facebook.com/NizamiCinema?rf=hl)
Fərəh Sabirqızı