Modern.az

XİN-dən Fransadakı azərbaycanlılarla bağlı AÇIQLAMA

XİN-dən Fransadakı azərbaycanlılarla bağlı AÇIQLAMA

Təhsil

9 Yanvar 2015, 15:40

“Azərbaycanın Fransadakı səfirliyi normal iş rejimində fəaliyyətini davam etdirir”. Bunu Modern.az saytına açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Fransada baş vermiş məlum terror hadisəsindən sonra orada yaşayan azərbaycanlıların, eləcə də təhsil alan tələbələrin ölkəyə qayıtmasında bir zərurət görülmədiyin də əlavə edib.

Yanvarın 7-də Fransada satirik jurnal "Charlie Hebdo"ya basqın edilib, 12 nəfər  öldürülüb, 10 nəfəri yaralanıb. Hadisədən sonra Fransa hökuməti 3 günlük matəm elan edib. Terrorçuların yaxalanması ilə başladılan xüsusi əməliyyat indi də davam etdirilir.

Yeganə Oqtayqızı

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu