O, həyat yoldaşının köçürülməsindən bu gün məlumat aldığını deyib: “Bu, bir daha sübut edir ki, Pərvizə qarşı aqressiv münasibət davam edir. Dəfələrlə lazımi orqanlara müraciət etdik ki, heç olmasa körpə uşağı nəzərə alıb Pərvizi şəhər daxili müəssisəyə köçürsünlər. Pərvizin valideynləri rayonda yaşayır, özüm də körpə uşaqla Qaradağ rayonuna gedib-gəlməyə imkanım yoxdur. Görünür, hələ də bizə zülm vermək niyyətindədirlər”.
İlahə Həşimli ailənin bu günə qədər etdiyi müraciətə heç bir reaksiya olmadığını da vurğulayıb: “Bizə heç bir məsələdə kömək olunmadı”.
İlahə Həşimlinin sözlərinə görə may ayından həyat yoldaşı ilə görüş şüşə arxasında olub: “Bu da qızım Zeynəbin psixoloji drumuna çox pis təsir edir. Yeni köçürüldüyü müəssisədə bu məhdudiyyətlərin davam edib-etməyəcəyin bilmirəm. Yenidən harasa müraciət etməyin mənası yoxdur”.Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Yeganə OQTAYQIZI