Modern.az

Aqil Abbas Rəmişin müdafiəsinə QALXDI: “Ermənilər Azərbaycan mahnısı oxuyur, bəyəm onları güllələyirlər?!"

Aqil Abbas Rəmişin müdafiəsinə QALXDI: “Ermənilər Azərbaycan mahnısı oxuyur, bəyəm onları güllələyirlər?!"

9 Yanvar 2015, 17:56

"Qarabağ Qaziləri” İctimai Birliyinin rəhbəri Etimad Əsədov xalq artisi Rəmişin erməni dilində mahnı oxumasına hiddətini bildirib. Onun sözlərinə görə, ifaçının "xalq artisti" titulu əlindən alınıb, efirlərdən uzaqlaşdırılmalıdır.

Modern.az saytı Milli Məclisin deputatı Aqil Abbasdan məsələyə münasibət öyrənib. Aqil Abbas Qarabağ Qaziləri” İctimai Birliyindən mənasız bir ittihamı gözləmədiyin bildirib: “Necə yəni Rəmişin titulunu əlindən alınsın? Əvvala gedin Tbilisiyə, Yesentukiyə, Kislovodiskiyə, Gürcüstana orda bütün ermənilər Azərbaycan mahnısı oxuyur.

Bəyəm onları tutub güllələyirlər?! Birincisi, Rəmiş erməni mahnısı oxuyub oxumaması hələ dəqiq deyil. İkinci erməni mahnısı oxuduğuna görə adamın adını əlindən alırlar? Camaat erməni mahnısı oxuyub, Ermənistanın xalq artisti adını alır. Rəmiş Azərbaycanda Vaqif Mustafazadədən sonra xalqın sevdiyi böyük bir sənətkardır”.

Yeganə Oqtayqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI