Modern.az

Oksford Universitetinin şifahi imtahanda soruşduğu 8 sual: “Sizcə niyə insanın iki gözü var? – MARAQLI

Oksford Universitetinin şifahi imtahanda soruşduğu 8 sual: “Sizcə niyə insanın iki gözü var? – MARAQLI

Təhsil

9 Yanvar 2015, 18:04

 

Dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Böyük Britaniyanın Oksford Universitetində maraqlı imtahan metodikası var. Belə ki, burada həm tələbələrə, həm də universitetə qəbul olunacaq məzunlar imtahanın müsahibə mərhələsində bu və bu kimi sualları  cavablandırmalıdır.  

Modern.az ilk baxışdan sadə görünən və altında “sakit bombalar” yatan həmin sualları təqdim edir:  

1. İnsanın niyə iki gözü var?

2. Orqanizm daha çox harada rahat qərar tutur – suda yoxsa quruda?

3. Qısa hekayəni bir romandan fərqləndirən nədir?

4. Şeiri anlamaq üçün bacarıq lazımdır?

5. Uğur böcəkləri də qırmızıdır, çiyələklər də. Sizcə niyə?

6. Əgər parkinqin qadağan olunduğu yerlərdə maşın saxlamağın cəzası ölüm olsaydı və bu səbəbdən heç kim oralarda maşın saxlamasa idi sizcə, bu düzgün qanun olardı, yoxsa, yanlış?

7. Təbiətdə pələnglərin sayı tamamən tükənərsə bunun sizin üçün hər hansı fərqi olardımı?

8. Əgər bir musiqi aləti kəşf etsəniz onun səsinin nəyə bənzəməsini istərdiniz?

Elmin Nuri 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu