ANS TV-nin məlumatına görə, iki gün öncə 81 yaşında Almaniyada insultdan dünyasını dəyişən eks-deputat Zahid Qaralov bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Zahid Qaralovu son mənzilə yola salmaq üçün aliə üzvlərilə yanaşı, nazirlər, millət vəkilləri, yerli icra hakimiyyəti başçıları, onu tanıyan hər kəs gəlib.
Zahid Qaralov 1934-cü ilin iyul ayının 10-da Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitunu bitirib. Pedaqoji elmlər doktoru, respublikanın əməkdar müəllim, Milli Məclisin üzvü olub.
Modern.az